Ermənistanda etirazçılar xəsarət alıb

Adəm Abbaslı/AZADİNFORM. Ermənistan Səhiyyə Nazirliyi polislə toqquşmalarda 7 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Azadinform erməni saytlarına istinadən xəbər verir ki, yaralılar hospitala yerləşdirilib.

Qeyd edək ki, Yerevanda davam edən etiraz aksiyaları zamanı polis 280 nəfəri saxlayıb.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

23.04.2018 09:10 / Baxılıb: 349 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo