Çox yaşamaq istəyirsinizsə, bunlara əməl edin

Uzun və sağlam yaşamaq hər bir insanın arzusudur. Buna isə müxtəlif yollarla nail olmaq olar. 

Azadinform xarici mediaya istinadən uzun ömür sürmək üçün lazımi 5 əsas qaydanı təqdim edir: 

15 dəqiqə günəş şüası qəbul edin 

D vitamini bədənimiz üçün zəruri vitaminlərdəndir. Qan təzyiqini azaldır, əzələləri və sümükləri qüvvətləndirir. 

Maqnezium və kalsium qəbul edin 

Əgər günəş işığının olmadığı və ya az olduğu yerlərdə yaşayırsınızsa, kalsium və maqneziumla zəngin qidalar qəbul edin: qoz, badam, fındıq, göyərti.

Az-az yemək 

Araşdırmalara görə, az qidalanan insanlar daha sağlam olurlar. Gündəlik kalor qəbulunu 25% azadan insanlarda xərçəng, şəkərli diabet və ürək xəstəliklərinə tutulma riski aşağıdır. 

Normal rejimdə və doyunca yatın 

Yetərli qədər yuxu xoşbəxtlik və özünü yaxşı hiss etmə hormonlarını yaradır. Bununla da orqanlar yenilənir. Hər gün davamlı olaraq 7-8 saat yuxu yatmaq uzun yaşamağın sirlərindəndir. 

Genlər 

Uzun yaşamağın 70% göstərici düzgün həyat sürməklə bağlıdırsa, qalan 30%-i genetika ilə əlaqəlidir.

22.04.2018 17:05 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo