İrəvanda Respublika meydanında Sərkisyanın istefası tələbi ilə aksiya başlayıb

Bu gün İrəvanda Respublika meydanında Serj Sərkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb.

Azadinform-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib.

Polis  aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla belə, polis aksiyaçıların Respublika meydanına toplaşmasının qarşısını ala bilməyib. Hazırda Respublika meydanının ətrafına çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.  

Qeyd edək ki, bu gün S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

Xatırladaq ki, S. Sərkisyanın baş nazir seçilməsinə ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb.

22.04.2018 15:38 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo