"Mançester Yunayted" İngiltərə Kubokunun finalına çıxdı

"Mançester Yunayted" futbol üzrə İngiltərə Kubokunun yarımfinalında "Tottenhem Hotspur" üzərində inamlı qələbə qazanıb.

Azadinform xəbər verir ki, Londonun "Uembli" stadionunda keçirilən görüş "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"MY" bu qələbə sayəsində finala vəsiqə qazanıb. Komanda finalda "Çelsi" — "Sauthempton" cütünün qalibi ilə görüşəcək (22 aprel). Turnirin həlledici matçı mayın 19-a təyin edilib.

İngiltərə Kuboku. 1/2 final

"Mançester Yunayted" – "Tottenhem Hotspur"

Qollar: 0:1 – Alli – 11, 1:1 – Sançes – 24, 2:1 – Errera – 62

22.04.2018 14:17 / Baxılıb: 285 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo