İrəvanda Sərkisyanın istefası ilə bağlı keçirilən görüş nəticəsiz başa çatıb

Bu gün İrəvanda Ermənistan baş naziri Serj Sərkisyan və onun istefasını tələb edən müxalifət lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz başa çatıb.

Azadinform-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, "Marriott Armenia" otelində keçirilən görüşün əvvəlində S. Sərkisyan danışıqların jurnalistlərin iştirakı ilə aparılmamalı olduğunu bildirib.

N. Paşinyan isə görüşdə yalnız S. Sərkisyanın istefası məsələsinin müzakirə olunacağını söyləyib. S. Sərkisyan isə deyib ki, əgər N. Paşinyan bu tonda danışacaqsa, o, hüquqi müstəviyə qayıtmağı məsləhət görür, əks halda baş verəcək hadisələrə görə məsuliyyət N. Paşinyanın üzərində qalacaq. N. Paşinyan heç kimin təhdid dilində danışmadığını, S. Sərkisyanın ölkədəki vəziyyəti təsəvvür edə bilmədiyini, ölkədə hakimiyyətin xalqa keçdiyini vurğulayıb.

Parlament seçkilərində 7-8 faiz səs yığan fraksiya rəhbərinin xalq adından danışmaq hüququ olmadığını deyən S. Sərkisyan daha sonra artıq N. Paşinyanla danışmaq arzusunun olmadığını söyləyərək görüşü tərk edib.

22.04.2018 11:21 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo