İran proqramını bərpa etməyə hazırdır

ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək.

Azadinform-un “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti İranı nüvə sazişinə birtərəfli şəkildə riayət etməyə çağırmamalıdır.

Qeyd edək ki, mayın 12-də D.Tramp sanksiyaların “dondurulması”nın uzadılmasına dair qərar verməlidir. Qərar qəbul edilmədikdə sanksiyalar avtomatik bərpa olunacaq.    

22.04.2018 10:56 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo