Ərdoğan ABŞ-ın Türkiyəyə təhlükəsindən danışıb

Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir. 

Azadinform-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Təhlükə hardan gəlir? Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir... Biz öz pulumuzla ABŞ-dan silah ala bilmədiyimiz halda, Amerika və koalisiya silah-sursatı terror qruplaşmalarına pulsuz verir”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5 000 yük maşını göndərib.

22.04.2018 10:32 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo