Binəli Yıldırım Novruz Məmmədovu təbrik edib

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.

Azadinform-un "sonhaberler.com" saytına istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B. Yıldırım və N. Məmmədov Türkiyə və Azərbaycanın "İki dövlət, bir millət" anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.

22.04.2018 09:57 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo