Dərbənddə 9 silahlı məhv edilib

Dağıstanın Dərbənd şəhərində keçirilən xüsusi əməliyyat zamanı 1 May bayram tədbirlərində terror aktı planlaşdıran 9 silahlı məhv edilib.

Azadinform-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, polislərin təslim olmaq çağırışına avtomatla atəş açan silahlılar cavab atəşi ilə məhv edilib.

Əməliyyat zamanı polis və dinc əhali arasında itki olmayıb, bir asayiş keşikçisi yüngül yaralanıb.

21.04.2018 21:32 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo