Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Futzal üzrə Azərbaycan Kubokunun 2017/2018-ci il mövsümünün püşkü atılıb.

Azadinform-un məlumatına görə, 14 komandanın yarışacağı kubok oyunlarına 1/8 final mərhələsindən start veriləcək.

Yüksək Liqada ilk 2 pilləni tutan “Araz” və “Marafon Futsal” mübarizəyə ¼ final mərhələsindən başlayacaq.

Aprelin 25-də "Olimpik Star"da keçiriləcək 1/8 final mərhələsinin oyun cədvəli belədir:

12:00. VİP FK – “Neftçi” İK

13:30. “FK. İtaldizain Futsal” – “Yasamal”

15:00. EKOL - “Gilan”

16:30. ADBTİA - “Avanqard”

18:00. “Romana” – “Yasamal-2”

19:30. “Standard” – “Hell Energy”

¼ final mərhələsində qarşılaşacaq çütlüklər:

“Araz” // “Romana” – “Yasamal-2” cütünün qalibi

“Marafon Futsal” // “FK. İtaldizain Futsal” – “Yasamal” cütünün qalibi

“Standard” – “Hell Energy” cütünün qalibi // ADBTİA - “Avanqard” cütünün qalibi

VİP FK – “Neftçi” İK cütünün qalibi // EKOL - “Gilan” cütünün qalibi

21.04.2018 20:43 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo