Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Novruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.

Məlumata görə, G. Kvirikaşvili özünün “Twitter” səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb.

“Azərbaycanın yeni təyin olunmuş baş naziri Novruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm”, - deyə təbrik müraciətində bildirilib. (apa)

21.04.2018 18:21 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo