Azərbaycanda fövqəladə vəziyyət zamanı qaydaları pozanlara yeni cəzalar müəyyənləşdirilir

Azərbaycanda fövqəladə vəziyyət və nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət zamanı qaydaları pozanlarla bağlı yeni cəzalar müəyyənləşdirilir.

Azadinform-un məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 517-2 maddəsinin əlavə edilməsi təklif olunub. Təklif olunan əlavəyə əsasən, xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimələnir.

Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

21.04.2018 17:46 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo