"MHP Ərdoğanın qələbəsi üçün çalışacaq"

"Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır". 
Azadinform-un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, MHP-nin seçki strategiyası iki əsasa dayanır: "Birincisi, güclü parlamentin formalaşdırılması, ikincisi isə prezident seçkisinin eyni vaxtda baş tutmasıdır. Bu gün MHP-dən prezidentliyə namizədliyini irəli sürən yoxdur. Çünki yeganə namizədimiz Rəcəb Tayyib Ərdoğandır və onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən də MHP olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunmağa çalışacağıq". 
21.04.2018 17:32 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo