Zaal Kasrelişvili: Azərbaycan məhsullarına böyük maraq var

“Azərbaycan məhsullarına Gürcüstanda böyük maraq və tələbat var. Bu məhsulların sırasında Azərbaycan çayının xüsusi yeri var”.

Bu fikirləri jurnalistlərə Qafqaz Xalqları Konfederasiyasının sədri Zaal Kasrelişvili deyib.

Onun sözlərinə görə, Tbilisidə keçirilən Çay və bal festivalında bir çox ölkənin, o cümlədən Azərbaycanın istehsal etdiyi məhsullar nümayiş etdirilir: "Burada sərgilənən Azərbaycan çayı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır. Bəzi qonaqlar ilk dəfədir ki, samovar çayı içirlər". 

Konfederasiya sədri bildirib ki, gürcü xalqının əksər nümayəndəsi çayı çox xoşlayırıq: "Mən hərdən Marneuli rayonuna gedirəm və orada Azərbaycan mətbəxinin ləziz yeməyi olan yarpaq xəngəli yeyib, samovar çayı içirəm. Azərbaycanlı dostlarım da mənə tez-tez çay göndərirlər. İstərdim ki, Gürcüstanda Azərbaycan məhsullarının çeşidləri və həcmi artsın”.

Qeyd edək ki, Tbilisinin Mtasminda adlanan ərazisində bal və çay festivalı keçirilir. Burada Azərbaycan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin firmaları çay, bal və digər şirniyat məhsullarını nümayiş etdirirlər. (report)

21.04.2018 17:05 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo