Rusiyada təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb

Rusiyanın Xakasiya bölgəsində yüngül motorlu təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb.

Azadinform-un TASS-a istinadən verdiyi məlumata görə, Xakasiyanın Altay rayon vahid dispetçer xidmətindən hazırda ölənlərin kimliyinin müəyyənləşdirildiyi bildirilib. 

"Həmin şəxslər təyyarədə olublar, hava gəmisinin düşdüyü yerdə dağıntı və tələfat qeydə alınmayıb", - xidmətdən qeyd olunub.

Təyyarənin hansı fiziki və hüquqi şəxsə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

21.04.2018 16:48 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo