İraq Küveytə 90 mln. dollar ödəyəcək

BMT-nin Təzminat Komissiyası Cenevrədə keçirilən iclas zamanı İraqın 1990-1991-ci illərdə zorla Küveytə daxil olması və işğalı zamanı dəyən ziyana görə 90 milyon dollar həcmində təzminatın ödənilməli olduğunu təsdiq edib.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü komissiya nümayəndəsi bildirib.

Bu, 2014-cü ildə qaldırılan iddialar üçün ilk ödənişdir. Komissiyanın məlumatına görə, İraqın təhlükəsizlik sahəsində yaranan müstəsna çətin vəziyyət və fövqəladə büdcə problemləri səbəbindən İdarəetmə Şurası İraq hökumətinə üç dəfə öhdəliklərini yerinə yetirməsi üçün bir illik möhlət verib.

21.04.2018 15:38 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo