Britaniyada "Skripal işi" üzrə əsas şübhəlilər müəyyən edilib

Britaniyanın hüquq-mühafizə orqanları əməkdaşları "Skripal işi" üzrə əsas şübhəliləri müəyyən ediblər.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təhqiqatçılara istinadən "Telegraph" yazıb.

Nəşrin məlumatına görə, hökumət nümayəndələri hesab edirlər ki, Skripala sui-qəsdi Rusiya hökuməti tərəfindən idarə olunan zərbə qrupu həyata keçirib. Skotland-Yardın anti-terror bölməsi hazırda, onların fikrincə artıq Rusiyaya qayıdan şübhəlilərə qarşı iddia qaldırmağa çalışırlar.

Təhqiqatçılar nəşrə bildiriblər ki, iki ölkə arasında yaranmış gərginlik səbəbindən iş üzrə şübhəlilərin saxlanılması cəhdləri zamanı böyük çətinliklər gözlənilir.

21.04.2018 15:11 / Baxılıb: 155 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo