Türkiyə ordusu 37 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı son bir həftədə ölkə ərazisində və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

Azadinform Türkiyə KİV-inə istinadən xəbər verir ki, aprelin 14-20-də Tunceli, Diyarbakır, Şırnak və İraqın şimalındakı əməliyyatlarda ikisi lider olmaqla, 37 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Məlumatda qeyd edilib ki, "Zeytin budağı" hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb.

21.04.2018 14:43 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo