Fransa I Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib

2018/2019 mövsümündə Fransa I Liqasında çıxış edəcək ilk klub müəyyənləşib.

Azadinform-un məlumatına görə, Fransa II Liqasının 34-cü turunda doğma meydanda "Ayaçço"nu 1:0 hesabı ilə məğlub edən "Reyms" klubu növbəti mövsümdən etibarən əsas çempionatda iştirak edəcək.

Xallarının sayını 78-ə çatdıran komanda turnir cədvəlinin birinci pilləsində qərarlaşmaqla yanaşı, ən azı ikinci yeri təmin edib.

Qeyd edək ki, "Reyms" 2015/2016 mövsümünün sonunda Fransa II Liqasına enib. Komanda 6 dəfə ölkə çempionu olub.

21.04.2018 14:16 / Baxılıb: 128 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo