Bundan sonra daha çox başqa formada işləyəcəm

“Bu günə qədər ancaq çox danışırdımsa, yeni işimlə əlaqədar bundan sonra daha çox başqa formada işləməyə başlayacam. Yəni, daha çox işləmək lazım olacaq”. 

Azadinform apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın yeni baş naziri Novruz Məmmədov Milli Məclisdə namizədliyinin təsqidiqindən sonra etdiyi çıxışında deyib. O bildirib ki, Azərbaycan bu gün dünyada öz xüsusi mövqeyi, yeri olan dövlətdir: “Biz birlikdə bu dövlətə daha inamla xidmət etməyə davam edəcəyik. Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”.  

N. Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçün Milli Məclisə minnətdarlığını bildirib.

21.04.2018 12:35 / Baxılıb: 164 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo