| |||||
Novruz Məmmədov Azərbaycanın baş naziri təyin edildi (Yenilənib)Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib. O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb. Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub. Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.
N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib. (apa)
21.04.2018 12:24 / Baxılıb: 495 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() |
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |