Lənkəran sakininin evindən külli miqdarda saxta əskinas müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Lənkəran sakinin evində saxta əskinaslar, heroin və metamfetamin aşkar edilib. 

Azadinform Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran ŞRPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Lənkəran şəhər sakini Əli Həsənovun evinə baxış keçirilib. Baxış zamanı Ə. Həsənovun evində 24 ədəd 100 manatlıq və 45 ədəd 50 manatlıq saxta əskinas, 0,216 qram heroin və 0,205 qram metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

21.04.2018 11:40 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo