İnyestanın Çin klubuna keçidinin vaxtı açıqlandı

Samir Soltanov/AZADİNFORM. “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın Çinin “Tyantszin Tsyuantsyan” klubuna keçidi gələn həftə açıqlana bilər. 

Azadinform qol.az-a istinadən xəbər verir ki, bu barədə “AS” nəşri xəbər yayıb. Bildirilib ki, tərəflər arasında bütün detallar müzakirə olunub və 33 yaşlı futbolçu yeni mövsümdən Çin klubunun formasını geyinməyə yaxındır. 

Qeyd edək ki, İnyesta yeni komandası ilə 3 illik müqavilə imzalayacaq.

21.04.2018 10:58 / Baxılıb: 153 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo