Paytaxtda xəstəxanada yanğın olub

Samir Soltanov/AZADİNFORM. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb. 

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunub və digər təhlükəsizlik tədbirləri görülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

21.04.2018 10:40 / Baxılıb: 134 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo