Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb

“Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb”. 

Azadinform apa-ya istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib. Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.  

Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib. 

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.

21.04.2018 09:58 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo