Dövlət Departamenti Rusiya, İran və Çini "qeyri-sabitlik ölkələri" adlandırıb

Rusiya, Çin, İran və Şimali Koreya "qeyri-sabitlik qüvvələridirlər", bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır.

Azadinform xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı vəziyyətə dair illik hesabatına istinadən AFP məlumat yayıb.

"Çin, Rusiya, İran və Şimali Koreya hökumətləri, məsələn, gündəlik olaraq öz hüdudları daxilində insan haqlarını pozurlar və nəticədə qeyri-stabillik qüvvələrinə çevrilirlər", - deyə dövlət katibi vəzifələrinin icraçısı Con Sallivan bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələrin dövlət orqanları təhlükəsizliyi qoruyub saxlaya və vətəndaşların əsas ehtiyaclarını təmin edə bilmirlər, bəziləri isə bunu istəmirlər.

20.04.2018 22:46 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo