Bəhreynin Kralı Prezident İlham Əliyevi təbrik edib

AZADİNFORM. Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azadinform-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.

Ali dövləti vəzifənizi yerinə yetirməkdə, xalqın yüksəliş və inkişaf amallarını həyata keçirmək işində Sizə uğurlar diləyirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

20.04.2018 21:09 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo