Totalın baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyane Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Azadinform-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bildiyiniz kimi, “Total” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə əməkdaşlıq edərək Azərbaycanın neft və qaz sənayesinin uzunmüddətli inkişafına töhfə vermək niyyətindədir.

Bu xoş imkandan istifadə edərək, “Total” Şirkətlər Qrupu adından və şəxsən öz adımdan yeni prezidentlik dönəmində Sizə uğurlar arzulayıram".

20.04.2018 20:23 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo