Polis bölməsinin ərazisindən 3 ədəd top mərmisi tapılıb

Samir Soltanov/AZADİNFORM. Nərimanov rayonu 17-ci polis bölməsinin inzibati ərazisində 3 ədəd boş top mərmisi aşkar olunub. 

ANAMA-dan Azadinform-a verilən məlumata görə, bu gün saat 13:10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, M.Nərimanov küçəsi 1 ünvanında mərminin tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş rayonun 17-ci polis bölməsinin inzibati ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd boş top mərmisi (1 ədəd 100 mm-lik OF-412, 1 ədəd 122 mm-lik S-463 və 1 ədəd 122 mm-lik OF-530) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

20.04.2018 18:40 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo