Rahib kilsədən 500 min avro oğurladı

AZADİNFORM. İtaliyanın Venesiya şəhərində qəribə oğurluq hadisəsi yaşanıb. 

Azadinform xəbər verir ki, hadisənin üstü 2 il sonra açılıb. Don Flavio Gobbo adlı rahib istirahət üçün icazə alıb. Sonradan rahibin kilsə kassasından 500 min avro oğurladığını bilən kilsə rəhbərliyi bunu camaata açıqlamadan rahibi qumar asılılığından qurtulmaq üçün müalicəyə göndərib. Araşdırma başladılınca, kilsə əsil səbəb haqda açıqlama yaymağa məcbur qalıb. Gobbo 2 il müddətinə həbs cəzası alıb və oğurladığı pulları kreditlə qaytaracağına söz verib.

20.04.2018 17:35 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo