ABŞ-ın Türkiyəni sanksiya ilə hədələməsinə Rusiya XİN münasibət bildirdi

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini satınalmasını sanksiyalarla hədələyən ABŞ-ın mövqeyi şantajdan başqa bir şey deyil”. 

Azadinform xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov avtsriyalı həmkarı Karin Knayslla Moskvada keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib. NATO Baş katibi Jens Stoltenberqin bunun Türkiyənin milli qərarı olduğunu söylədiyini xatırladan Lavrov qeyd edib ki, hər halda ABŞ bir NATO üzvü olaraq Şimali Atlantika alyansının baş katibi tərəfindən dilə gətirilən kollektiv fikri dinləməlidir.

Qeyd edək ki, ABŞ xarici işlər nazirinin köməkçisi Uess Mitçel ötən günlərdə bildirib ki, Rusiyadan S-400 zenit-raket komplekslərini almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq oluna bilər. 

Əlavə edək ki, rəsmi Ankara və Moskva arasında imzalanan anlaşmaya əsasən S-400 zenit-raket kompleksləri 2019-cu ildə Türkiyəyə göndəriləcək.

20.04.2018 16:58 / Baxılıb: 249 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo