Bulvarda dənizə düşən 17 yaşlı qız xilas edilib

Samir Soltanov/AZADİNFORM. Bakıda 17 yaşlı qız dənizə düşüb. 

Azadinform FHN-in saytına istinadən xəbər verir ki, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

20.04.2018 16:38 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo