FETÖ üzvlərinin Yunanıstana sığınması münasibətlərə zərər verir

Samir Soltanov/AZADNFORM. “Yunanıstan bizim qonşumuz, dostumuz olan ölkədir. Bizim düşmənimizi onlar da özlərinə düşmən kimi görməlidirlər. Mən belə qənaətdəyəm”. 

Azadinform xəbər verir ki, bu fikirləri Türkiyə Baş naziri Binəli Yıldırım Yunanıstanın FETÖ-cularla bağlı mövqeyinə münasibət bildirərkən deyib. Baş nazir qeyd edib ki, son zamanlar təəssüflər olsun ki FETÖ üzvləri Yunanıstanı təhlükəsiz sığınacaq olaraq görürlər: “Bu da iki ölkə arasındakı münasibətlərə zərər verir. Ümid edirəm ki, FETÖ üzvlərini ölkəmizə təhvil verərlər. Bir daha təkrar edirəm. FETÖ üzvlərinin Yunanıstan – Türkiyə münasibətlərinə, dostluğuna mənfi şəkildə təsir edəcəyini arzulamarıq.

20.04.2018 16:15 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo