"Formula-1"lə bağlı iki xəstəxana ayrılıb

Samir Soltanov/AZADİNFORM. Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə “Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək. 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.  

20.04.2018 15:13 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.01.2019
    18.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo