Zəngəzur sənədli filmi sosial şəbəkələrdə - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi “Zəngəzur” sənədli filmini sosial şəbəkələrdə paylaşaraq, ictimaiyyətə təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilovun Azadinform-a verdiyi məlumata görə, Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.

 

20.04.2018 13:41 / Baxılıb: 205 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo