İranda rus, Rusiyada fars dili tədris oluna bilər

İranın təhsil naziri Məhəmməd Bathai ölkə məktəblərində rus dilinin tədris olunmasını təklif edib.

Məlumata görə, nazir bu təkliflə Moskvada Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşü zamanı çıxış edib.

Bundan başqa o, Rusiyada fars dilinin də tədris olunmasını təklif edib. Nazirin fikrincə, bu addım Rusiya və İran arasında əməkdaşlığın möhkəmlənməsinə ikinci dil qismində ingilis dilinin nüfuzunu azaltmağa kömək edəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında İran məktəblərinin ibtidai siniflərində ingilis dilinin tədrisi qadağan edilmişdi. (Trend)

20.04.2018 12:40 / Baxılıb: 277 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo