Putin Trampla görüşə hazırdır Lavrov

Ləman Hüseynzadə / AZADİNFORM. ABŞ prezidenti Donal Tramp telefon danışıqları zamanı rusiyalı həmkarı Vladimir Putini bir neçə dəfə görüş üçün Vaşinqtona dəvət edib. Bununla yanaşı, Tramp Rusiyaya səfər etməkdən də məmnun olacağını deyib.

Azadinform xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda bildirilir ki, Trampla Putinin görüşü hələlik Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlaması üzərində dayanıb: “Lavrovun açıqlamasına görə, Putin Trampla görüşə hazırdır. Tramp görüş niyyətini ictimai şəkildə açıqladı və Putin də bu görüşə etiraz etmədi, lakin hələlik belə bir zirvəyə hazırlıq aparılmır”.

Qeyd edək ki, Putin ötən həftə ABŞ, İngiltərə və Fransanın Suriyaya hücumları ilə bağlı ilk açıqlamasında “Suriyadakı mövcud böhran beynəlxalq münasibətlərin bütün sisteminə dağıdıcı təsir edəcək. Tarix hər şeyi aid olduğu yerə qoyacaq. Tarix indidən Vaşinqtona, Yuqoslaviyaya İraq və Liviyadakı qanlı hadisələrin ağır məsuliyyətini yüklədi”, - deyə bildirib.

20.04.2018 12:20 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo