Serj Sarkisyan mitinqlər barədə danışıb

AZADİNFORM. “Ermənistanda baş verən mitinqlər digərlərinin hüquqlarını pozmamalıdır”.

Bu sözləri Ermənistanın baş naziri Serj Sarkisyan Shant TV-yə müsahibəsində mitinqlər barədə fikirlərini bölüşərkən deyib. Azadinform 1in.am-a istinadən xəbər verir ki, baş nazir nəinki Ermənistanda, bütün cəmiyyətlərdə narazılıq olduğunu deyib: “Problem bu etirazların nə qədər qanunauyğun şəkildə ifadə olunmasındadır. Əgər hər şey qanun çərçivəsində olarsa, o zaman heç bir problem yoxdur. Onların etiraz formaları digər vətəndaşların hüquq və azadlıqlarını tapdamamalıdır. Əsas problem ondadır ki, bir qrup şəxs ölkədə qeyri-sabitlik yaratmağa qərar verib”.

Baş nazir jurnalistin hazırkı durumun nə qədər davam edə biləcəyi ilə bağlı sualına dəqiq bir söz deyə bilməyib və sualı ümumi sözlərlə cavablandırıb.

20.04.2018 11:45 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo