Ermənistanda etirazlar davam edir

Ləman Hüseynzadə / AZADİNFORM. Vanadzor, Gümrü və Ermənistanın digər şəhərlərində etiraz aksiyaları davam etməkdədir.

Azadinform xəbər verir ki, küçələrə axışan gənclər tətilə çıxmaq və mübarizəyə qoşulmaqla bağlı çağırışlar səsləndirirlər. Etirazçılar şəhərin mərkəzi küçəsindən Teatr meydanına doğru yürüş ediblər. Polis qüvvələri gücləndirilmiş iş rejimində asayişi qorumağa çalışırlar. 

Etiraz aksiyaları Respublika partiyasının seçkilərdə yüksək səs faizi əldə etdiyi Yexeqnadzor, Qafan, Armavir kimi şəhərlərdə də başlayıb.

Qeyd edək ki, Ermənistan mediası etiraz dalğalarının qarşısının alınmasının mümkün olmayacağını bildirir.

20.04.2018 11:30 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo