ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək? Pentaqondan münasibət

Samir Soltanov/AZADİNFORM. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçelin “Rusiyadan S-400 müdafiə raketləri almağa hazırlaşan Türkiyəyə sanksiya tətbiq oluna bilər” açıqlamasından sonra, ABŞ Müdafiə Nazirliyi də mövzuya münasibət bildirib. 

Azadinform xəbər verir ki, Nazirliyin sözçüsü Dana Vayt mövzu ilə əlaqədar sualı cavablandırarkən bildirib ki, məsələ ilə bağlı Türkiyə dövləti ilə müzakirələr aparırıq: “Nəticədə türklər ən yaxşı strateji qazancı haqqında özləri qərar verəcək. Bu barədə qərar rəsmi Ankaranın üzərinə düşür. Bu raket sistemlərinin NATO tərəfindən qəbul edilməməsini, bundan təşkilatın narahat olduğunu Türkiyə rəsmilərinə bildirmək üçün görüşlər keçiririk”.

20.04.2018 11:10 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo