Ləğv prosesində olan 2 banka məxsus əmlak hərraca çıxarılır

Samir Soltanov/AZADİNFORM. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklara məxsus əmlakların icarəyə verilməsi ilə bağlı növbəti hərrac keçirəcək. 

Fonddan Azadinform-a verilən məlumata görə, hərrac aprelin 23-də baş tutacaq. 

Hərrac ləğv prosesində olan "Atrabank" ASC-yə və “Zaminbank” ASC-yə məxsus qeyri-yaşayış binası və qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı keçirilir.

20.04.2018 10:55 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo