Prezident bunu deyibsə, yerinə yetəcəyinə inanıram

Şəfa Tapdıq/AZADINFORM. “Prezident çıxışında vacib məqama toxunub. Çünki digər namizədlər gözəl fikirlər səsləndirmişdilər. Ola bilsin, deyilənlər içərisində real görünməyən, yerinə yetirilməsi mümkün olmayanlar da var. Amma ciddi fikirlər də var idi. Məsələn, Qüdrət Həsənquliyevin, Zahid Orucun vacib məsələlərlə bağlı vurğuladığı məqamlar var idi. Digər namizədlərin də müxtəlif təşəbbüsləri vardı. Mənim indi bu iki namizədin təklifləri yadıma düşdü. Şadam ki, prezident debatları diqqətlə izləyib və təkliflərin dəyərləndiriləcəyini deyib”.

Bu sözləri Azadinforma açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov prezidentin builki seçkilər zamanı digər namizədlər tərəfindən səsləndirilən təkliflərə baxılacağı barədə fikrinə münasibət bildirərkən deyib. S. Məmmədov qeyd edib ki, ola bilsin, səsləndirilən təklifləri prezidentin özünün də həyata keçirəcəyi vaxt olacaqdı: “Digər namizədlərin səsləndirməsi də yerinə düşüb. Real olan, ölkənin inkişafına töhfə verəcək təkliflərin nəzərə alınması çox yaxşı olar. Əgər cənab prezident bunu deyibsə, yerinə yetəcəyinə inanıram. Çünki o, həmişə göstəriş verdiyi işlərin gedişatı və nəticələri ilə maraqlanır”.

20.04.2018 10:25 / Baxılıb: 288 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo