Rusiyadan gələn qatarda gizlədilən dəri məmulatları müsadirə edilib

Adəm Abbaslı/AZADİNFORM. Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.

DGK-nin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.

Faktla bağlı araşdırma aparılır.

20.04.2018 10:00 / Baxılıb: 205 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.08.2018
21.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo