Sarkisyan: Biz mövqeyimizi dəyişməyəcəyik

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və kompromisslər yolu ilə həll oluna bilər.

Ermənistan KİV-lərinə yaydığı məlumata əsasən, bunu Ermənistanın baş naziri Serj Sarkisyan "Şant" telekanalına Dağlıq Qarabağ münaqişəsi məsələsinin həll olunmamış halda növbəti nəsilə qaldığı və çox guman ki, yeni nəsil yeni yanaşmalar ilə onun həllini tapacağı barədə sualını cavablandırarkən bildirib.

Sarkisyan deyib ki, o, məsələnin növbəti nəsillərə ötürmələrini hesab etmir. "Mənim bu gün baş nazir olmağım da, bununla əlaqəlidir. Danışıqlar prosesi davam etməlidir. Biz mövqeyimizi dəyişməyəcəyik", deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, sülh yolu razılığa gəlmək deməkdir: "Razılığa gəlmək üçün isə, hər iki tərəfin fikrini nəzərə almaq lazımdır".

20.04.2018 09:45 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo