Yaponiya Rusiyadan 4 adanı tələb edir

Yaponiya Kuril adalarında keçirilən hərbi təlimlərə görə rəsmi Moskvaya etiraz edib.

Azadinform xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa danışıb.

“Diplomatik kanallar vasitəsilə biz (rus tərəfinə) etirazımızı bəyan etdik, çünki dörd şimal adasında hərbi gücün inkişafı ölkəmizin mövqeyi ilə uyğun deyil”, - baş katib bildirib.

Suqanın sözlərinə görə, münasibətlərin tənzimlənməsi üçün ərazi məsələsi həll edilməlidir:

“Biz dörd şimal adasının qaytarılması və sülh müqaviləsinin bağlanması barədə təcili müzakirələr aparmaq niyyətindəyik”.

19.04.2018 22:32 / Baxılıb: 230 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo