Ermənistan müxalifəti dövlət qulluqçularını aksiyalara qoşulmağa çağırıb

Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan dövlət qulluqçularını mitinqlərə qoşulmağa çağırıb.

Azadinform Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Yerevandakı "Republika" meydanında keçirilən aksiyada bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçuları hərəkata qoşulmaq istəyirlər, amma iş yerlərin itirməkdən qorxurlar. "O anda ki, məxməri inqilaba qoşulacaqsınız, siz yox, Serj Sarqsyan işini itirəcək", - deyə Paşinyan bildirib.

O, söz verib ki, Serj Sarkisyanın gedişindən sonra dövlət qulluqçularının və polislərin maaşlarını artıracaq ki, onların öz ailələrini dolandırmaları üçün istirahət günlərində həyətləri betonla dolduraraq pul qazanmalarına ehtiyacları olmasın. "Amma yalnız onların maaşları artmayacaq", - deyə Paşinyan vəd verib.

Aksiya rəhbəri qeyd edib ki, qırmızı beretlilər işdən sonrakı asudə vaxtlarında ya taksi sürücüsü işləyirlər, ya da fəhlə: "Və indi onlar dəyənəklə Serj Sarqsyanın iqamətgahını müdafiə etməlidir. Siz bundan sonra arvadınızın və uşaqlarınızın gözlərinə necə baxacaqsınız?". 

19.04.2018 22:05 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo