Rusiya ABŞ-dan təzminat istəyir

Rusiya Dünya Ticarət Təşkilatına (DTT) müraicət edərək ABŞ-dan təzminat tələb edib.

Azadinform TRT-yə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi əlavə gömrük rüsumudur.

Rusiya bu qərarın beynəlxalq ticarət qaydalarına zidd olduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın martda polad məhsullarının idxalına 25% və alüminium məhsullarının idxalına isə 10% əlavə vergi tətbiq ediləcəyini açıqlamışdı.

Çin, Hindistan və Avropa İttifaqı da eyni tələblə DTT-yə müraciət ediblər. 

19.04.2018 21:48 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo