Volkswagen loqosunu dəyişəcək

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti gələn ildən loqosunu dəyişəcək. 

Azadinform xəbər verir ki, bu barədə şirkətin brend üzrə marketinq meneceri Yoxen Zenqpiel (Jochen Sengpiehl) məlumat verib.

Onun sözlərinə görə, yeni loqo elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına başlandığında tətbiq olunacaq. Şirkət bu istiqamətə 20 mlrd. avro və yaxud 25 mlrd. ABŞ dolları xərcləmək niyyətindədir. 

Xatırladaq ki, əsası 1938-ci ildə qoyulmuş “Volkswagen” sonuncu dəfə loqosunu 2012-ci ildə dəyişib. 

19.04.2018 19:43 / Baxılıb: 280 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo