Gürcüstan və Azərbaycan ali məktəblərinin assosiasiyası yaradılacaq

"Gürcüstan və Azərbaycan ali məktəblərinin assosiasiyası yaradılacaq".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı deyib.

Onun sözlərinə görə, bu gün Bakıda Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransı başlayıb: "Konfrans iki gün davam edəcək. Bu platforma 1965-ci ildə yaradılıb və Dünya Universitetləri Rektorlarının Assosiasiyası adlanır. Dünyada təhsilin gündəmində olan məsələlər, ali təhsildə baş verən yeniliklər, gələcəyə baxış, qarşıda duran problemlərin həlli yolları və digər məsələlər bu platformada müzakirə olunur. ADNSU 2015-ci ildən qeyd etdiyim təşkilatın üzvüdür. Universitetimiz belə tədbirin Azərbaycanda keçirilməsinə üç ildir ki, hazırlaşırdı. Biz çalışırıq ki, Azərbaycan ali məktəbləri ilə region və dünyada olan ali məktəblər arasında körpü rolunu oynayaq".

M.Babanlı qeyd edib ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının prezidenti Kaxa Şengeliya Dünya Universitetləri Rektorlarının Assosiasiyasının prezidenti kimi bu il Azərbaycanı ev sahibi seçib: "Bu gün və sabah bizim imkanımız olacaq ki, 40-dan artıq rektor ilə bir yerdə dünya ali təhsilində baş verən yeniliklər, gələcəyə baxışı müzakirə edək. Konfransda Gürcüstanın 10-dan çox ali məktəbinin rektoru iştirak edir. Bu platformadan istifadə edib Azərbaycan və Gürcüstan rektorlarının iclaslarını keçirmək fikrimiz var və qarşı tərəf təklif edib ki, Gürcüstan və Azərbaycan ali məktəblərinin assosiasiyası yaradılsın. İldə bir dəfə Azərbaycanda, bir dəfə də Gürcüstanda bu assosiasiyanın iclaslarını keçirib qonşu ölkələrin ali məktəblərinin bir-birilərinə inteqrasiyası və mobillik məsələlərini həll edək".

Qeyd edək ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının konfransında təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli, 20-dən çox ölkədən 60-dək rektor və digər qonaqlar iştirak ediblər. (report)

19.04.2018 19:28 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo