FİFA İntizam Komitəsi 3 klubu cərimələyib

FİFA İntizam Komitəsi İspaniyanın "Selta", Portuqaliyanın "Sportinq" və "Benfika" klublarını cəzalandırıb.

Azadinform qurumun saytına istinadən xəbər verir ki, komandalar transfer reqlamentinin pozulmasına görə cəriməyə məruz qalıb. Bildirilir ki, "Benfika", "Sportinq" və "Selta" komandaları müvafiq olaraq 150 min, 110 min və 65 min İsveçrə frankı məbləğində cərimələnib. 

Onlar futbolçularla, 3-cü şəxslərə klubların işinə və müstəqilliyinə təsir imkanı yaradan müqavilələr bağladıqları üçün sanksiyalara məruz qalıblar. 

19.04.2018 19:16 / Baxılıb: 236 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo